ƏRƏBLƏRİN «QÜDS SUSQUNLUĞU» – 3 dövlətin «altında SU VAR»…
Rəsmi Ər-Riyad prezident Donald Trampın Qüdsü İsrailin paytaxtı kimi tanınması və ABŞ səfirliyini Tel-Əvivdən Qüdsə köçürülməsinə dair bəyanatlarını məsuliyyətsiz adlandıraraq qərara yenidən baxmağa çağırıb APA-nın xəbərinə görə, bu barədə “Al Arabiya” telekanalı məlumat verib.
“ABŞ-ın məsuliyyətsiz və əsassız qərarı eyni zamanda fələstinlilərə qarşı qərəz nümayiş etdirir. Səudiyyə Ərəbistanı ABŞ administrasiyasını qəbul etdiyi qərarlara yenidən baxmağa çağırır”, məlumatda qeyd olunub.