72 saat ərzində Saakaşvilinin taleyinə AYDINLIQ gələcək
Məhkəmə dünən gecə Kiyevdə saxlanılan “Yeni Qüvvələr Hərəkatı”nın lideri Mixeil Saakaşvili barəsində 72 saat ərzində qərar çıxaracaq. Publika.az xəbər verir ki, bu barədə Ali Radanın deputatı, daxili işlər nazirinin müşaviri Anton Qeraşşenko özünün “Tvitter” mikrobloqunda yazıb. O həmçinin qeyd edib ki, M.Saakaşvili Kiyevdə, gizləndiyi mənzildə saxlanılıb. Hadisə zamanı zərərçəkən olmayıb. Xatırladaq ki, dekabrın 5-də M. Saakaşvili Kiyevdə saxlanılıb. Daha sonra o, tərəfdarlarının köməyi ilə azad edilib. M. Saakaşvili Ukraynada dövlət çevrilişinə cəhddə ittiham olunur.