Ərdoğanın iqamətgahına qumbara atdılar - Silahlı qarşıdurma
İstanbulda prezident Rəcəb Tayyib Ərdoğanın iqamətgahının yaxınlığında silahlı inisident baş verib.
AzNews.az “Al Arabiya” telekanalına istinadən xəbər verir ki, naməlum kişi iqamətgahın yanında atəş açıb.
Məlumatda deyilir ki, naməlum şəxs daha sonra əraziyə əl qumbarası atıb, ancaq xoşbəxtlikdən qumbara partlamayıb.
O, əlindəki avtomat silahından polisə atəş açsa da polis əməkdaşları onu tutmağı bacarıb.
Qumbaranın zərərsizləşdirilməsi də uğurla həyata keçirilib.
Tutulan zaman naməlum şəxsin cibində tapança da aşkar edilıb.
Ərdoğanın həmin vaxt iqamətgahda olub-olmaması haqda məlumat verilmir.