Əli Həsənov Avropa Məhkəməsinə müraciət edəcək

Əli Həsənov Avropa Məhkəməsinə müraciət edəcəkKəlbəcərdə ermənilər tərəfindən girov götürülən Dilqəm Əsgərov və Şahbaz Quliyevin geri qaytarılmaları ilə bağlı Azərbaycan tərəfi Avropa Məhkəməsinə müraciət edəcək.

Bu barədə azvision.az-a açıqlamasında D.Əsgərovun qardaşı Sahib Musayev məlumat verib. O, qeyd edib ki, Avropa Məhkəməsinə müraciətlə bağlı bütün işlərə baş nazirinin müavini, Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənovun özü nəzarət edir: “Avropa Məhkəməsinə müraciətlə bağlı bütün sənədləri hazırlamışıq və Nazirlər Kabinetindəki şöbəyə təqdim edəcəyik. Müraciətlə bağlı bütün sənədlərin hazırlanmasına da Əli Həsənov özü nəzarət edir. Yəqin yanvar ayının 7-də müraciətimiz Avropa Məhkməsinə göndəriləcək”.

Xatırladaq ki, ötən ilin iyul ayında Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşı Şahbaz Quliyev Kəlbəcərdə öz ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan Silahlı Qüvvələri tərəfindən girov götürülüblər, digər Azərbaycan vətəndaşı Həsən Həsənov isə güllələnərək öldürülüb.






Fikirlər