Prezidentdən struktur İSLAHATLAR ilə bağlı daha bir fərman

Prezidentdən struktur islahatları ilə bağlı daha bir fərman 

"Cari ildə struktur islahatları çərçivəsində yeni, daha ciddi addımlar atılacaq".

AzerTaym.az xəbər verir ki, bu haqda keçmiş maliyyə naziri, professor Fikrət Yusifov yazıb. O qeyd edib ki, struktur islahatları bir qayda olaraq idarəçilikdə çevikliyin artırılmasını təmin etməyi hədəfləyir:
 
"Belə islahatların dövlət büdcəsinin vəsaitlərinə qənaət etmək məqsədilə aparıldığını düşünənlər də az deyil. Ancaq vəsaitlərə qənaət bu cür islahatların ali məqsədi ola bilməz. Ölkə Prezidenti tərəfindən son iki ildə bu istiqamətdə bir çox qərarlar qəbul edilib. 21 oktyabr 2015-ci ildə Tranzit Yükdaşımalar üzrə Koordinasiya Şurası yaradıldı. O vaxt bu fərmanın qəbulu hansı zərurətdən irəli gəldi? Öz ərazisində tranzit yüklərin daşınmasında çox ciddi layihələrin reallaşdırılmasına start vermiş hökumət bu sahədəki məsələləri - ilk növbədə isə tranzit yükdaşımalarda tariflərin müəyyən edilməsindəki boşluqları aradan qaldırılmalı idi. Bu tarifləri müəyyənləşdirərkən ilk növbədə sahə maraqlarından çıxış edən tranzit yükləri daşıyan nəqliyyat təşkilatlarının apardığı tarif siyasəti son nəticədə yüklərin Azərbaycan üzərindən deyil, alternativ marşurutlarla daşınmasına yol açırdı. Yükdaşımaların tariflərini vahid pəncərə prinsipi ilə müəyyən edən yeni strukturun tarif siyasəti isə bu sahədə ciddi dönüş yaratdı. İndi bu tariflər ayrı-ayrı yükdaşıyanların sahə maraqlarını deyil, bütövlükdə dövlətin maraqlarını ortaya qoyur. Bu hesaba da hər il Azərbaycan üzərindən daşınan tranzit yüklərin həcmi sürətlə artır.
Yanvarın 12-də Dövlət Dəniz Administrasiyası əsasında Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Dəniz Agentliyinin, Dövlət Mülki Aviasiya Administrasiyası əsasında Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Mülki Aviasiya Agentliyinin yaradılması da nəqliyyat, rabitə və yüksək texnologiyalar sahəsində idarəetmənin maksimum təkmilləşdirilməsini nəzərdə tutur. Yeni struktur isə bu sahədəki işlərin səmərəliliyinin maksimum artırılmasını təmin etməlidir”.

 






Fikirlər