Prezident yarım MİLYON dollara istirahət etdi
Ukrayna Prezidenti Pyotr Poroşenko yanvarın 1-dən 8-nə qədər Maldiv adalarında istirahət edib. Axar.az xəbər verir ki, bu barədə informasiyanı “Ukrainskaya Pravda” qəzeti yayıb. Poroşenkonun Maldiv adalarına şəxsi “Falkon 7X” təyyarəsi ilə uçduğu və 5 ulduzlu “Cheval Blanc” otelində qaldığı bildirilir. Poroşenko Maldiv adalarına istirahətə öz ailə üzvləri ilə gedib. Ukrayna prezidentinin istirahəti 500 min dollara başa gəlib.