ELDAR NAMAZOVUN TƏŞKİLATI İLHAM ƏLİYEVİ DƏSTƏKLƏDİ – ŞOK bəyanat

280_n

“Deportasiya” İctimai Birliy Ermənistandan azərbaycanlıların deportasiyasının il dönümünə həsr olunmuş növbəti iclasını keçirib.
Birliyin sədri Eldar Namazov qeyd edib ki, həmvətənlərimizin Qərbi Azərbaycandan deportasiyasına, bizim xalqa qarşı soyqırım aktlarının törədilməsinə və Qarabağdakı torpağlarımızın işğalına, birliyin fəaliyyətində daimi əsas diqqət yetirilir.

Əslində, bu problemlərin hamısının kökü birdir – erməni millətçilərinin əlləri ilə həyata keçirilən Rusiyanın regiondakı imperia siyasəti. Məhz bu siyasətin naticəsində bizim ərazilərdə müharibələr və münaqişələr baş verib, yerli sakinlər – azərbaycanlılara qarşı soyqırım və deportasiya aktları baş verib. Bu baxımdan, 1997-ci ilin dekabrında imzalanan Qərbi Azərbaycandan azərbaycanlıların deportasiyası haqqında mərhum prezident Heydər Əliyevin fərmanı mühüm əhəmiyyət kəsb edir. Bu fərmanla ilk dəfədir ki, bir əsrdən artıq həyata keçirilən anti-Azərbaycan siyasətinə tarixi və siyasi qiymət verilib”, – Namazov vurğulayıb.

Sonra görüş iştirakçıları birliyin idarə heyyatinin üzvü, elmlər doktoru Əziz Ələkbərlinin həmvətənlərimizin tarixi torpaqlarından deportasiya olunmalarının tarixi və siyasi aspektlərinə həsr olunan məruzəsini dinləyib.

Bundan sonra yığıncağın iştirakçıları üçün “Deportasiya” birliyi şurasının üzvü olan məşhur şair Vahid Əzizin “Qərbi Azərbaycanım” adlı yeni mahnısının videoklipi təqdim olunub.

Yekun məruzə ilə tanınmış alim-türkoloq, professor Firudin Cəlilov çıxış edib. O, ölkəmizin çətin bir dövrdə inkişaf ediyini, regional münaqişələrin ətrafımızda cərəyan etdiyini və bu münaqişələrin, xüsusən İsrail-İran münaqişəsinin sərhədlərimizə yaxınlaşma tendensiyasını vurğulayıb. Eyni zamanda, erməni millətçiləri tərəfindən Azərbaycan ərazilərinin davam edən işğalı nəticəsində Qarabağda hərbi əməliyyatların bərpa edilməsi ehtimalını yüksək olduğunu nəzərə çatdırıb: “Qeyd olunanlar hamısı bizdən xüsusi sayıqlıq, ümummilli birlik, cəmiyyətin və dövlətin səylərini birləşməsini tələb edir”.

Firudin Cəlilov bu çətin geosiyasi şəraitdə daxili sabitliyin təmin edilməsi naminə hazırkı prezident İlham Əliyevin namizədliyini qarşıdakı prezident seçkilərində dəstəkləməyə çağırıb.

Müzakirələr zamanı danışan Qaçqınlar cəmiyyətin sədr müavini Cümşüd Dərələyəzli , “Deportasiya“ birliyinin idarə heyətinin üzvləri Nurəddin Osmanlı və keçmiş baş prokuror Əli Ömərov da qarşıdan gələn seçkilərdə İlham Əliyevin namizədliyini dəstəkləməyi vacib sayıblar.

Yayılan bu xəbərlə bağlı dəqiqləşdirmə üçün musavat.com-un əməkdaşı, Birliyin sədri Eldar Namazovla əlaqə saxlayıb. Eldar Namazov bildirib ki, rəhbərlik etdiyi “Deportasiya” İctimai Birliyinin bir neçə tanınmış üzvləri İlham Əliyevin namizədliyinin müdafiə olunması ilə bağlı öz fərdi mövqelərini çıxışlarında ifadə ediblər: “Biz toplantı barədə media üçün yaydığımız press-relizdə üç məsələyə baxıldığı qeyd olunub. Birincisi deportasiyanın ildönümü ilə bağlı məruzə, ikincisi hörmətli şairimiz Vahid Əzizin sözlərinə yazılmış mahnının videoklipin təqtdimatı, üçüncüsü ölkədə yaranmış durum, görüləcək işlərlə bağlı məruzə. Həmin məruzələri dinlədik, müzakirələr keçirdik.

Firudin müəllimin məruzəsində İlham Əliyevin dəstəklənməsi çağırışı oldu. O, əsaslandırdı ki, hansı arqumentlərlə bu təklifi irəli sürür. Müzakirələr zamanı bir neçə ziyalımız da bu təklifi dəstəklədilər. Biz hamının mövqeyinə hörmətlə yanaşaraq bu fikrilərin hamısını öz press-relizimizdə əks etdirdik və yaydıq. Təbii ki, bu, seçkiqabağı yığıncaq deyildi. Bu, növbəti iclaslardan biriydi. Bizim qərarımız var ki, yaxın zamanlarda bu cür silsilə tədbirləri davam etdirək. Hər bir ziyalıya da öz mövqeyini ifadə etmək üçün şərait yaradacağıq. O ki, qaldı seçki ilə bağlı mənim şəxsi mövqeyimə, mən bu yaxınlarda bəyan etmişəm ki, seçkilərin nəticəsi mənim üçün bəllidir və dəyişiklik olmayacaq, İlham Əliyev prezident seçiləcək.

Məni daha çox maraqlandıran seçkidən sonra olan proseslərdir – islahatlar necə gedəcək, olacaqmı, Qarabağ məsələsində hansı addımlar atılacaq? Bu kimi məsələlər mənim üçün daha çox önəmlidir”.






Fikirlər