BAŞBUĞ Ərdoğana qarşı İKİ PARTİYANI BİRLƏŞDİRİR – İddia

Türkiyə Silahlı Qüvvələrinin sabiq baş qərargah rəisi İlkər Başbuğ İyi Partiya ilə Səadət Partiyasının ittifaq qurmasına çalışıb. Həm prezident Ərdoğan, həm də MHP başqanı Dövlət Baxçalının tənqidinə tuş gəlməsində onun bu fəaliyyətinin rolu var.

Teleqraf.com xəbər verir ki, bu fikirləri Türkiyənin tanınmış qəzetçisi Nevzat Çiçək bəyan edib.

Jurnalist iddia edib ki, İlkər Başbuğ Adıyamana səfər edərək, burada bir sıra görüşlər keçirib. Səadət Partiyası AKP ilə əməkdaşlığa getməzsə, İyi Partiya ilə yaxınlaşması istiqamətində addımlar atdığı təxmin edilir:

Bəzi məlumatlar əldə etmişəm. Başbug Adıyamanda fərqli şəxslərlə görüşüb, əşirət rəhbərləri ilə müzakirə aparıb. Eyni zamanda adı çəkilən iki partiyanın birləşməsinə çağırış edib. Düşünürəm ki, bütün bu fəaliyyətdən Ankaraya xəbər tutub. Yəni Başbuğun tənqid edilməsi onun Afrin haqqındakı düşüncələrindən daha çox bununla bağlıdır”.






Fikirlər