“Kaş, TÜRKİYƏ ilə AZƏRBAYCAN TƏK DÖVLƏT olardı...” - BAŞBUĞun ən böyük XƏYALI
“Ən böyük xəyalım Türkiyə ilə Azərbaycanın tək dövlət olması idi”. “Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə sabiq Baş qərargah rəisi İlker Başbuğ Atatürk Universitetində qatıldığı tədbirlərdən birində bildirib. Onun sözlərinə görə, məhz ən böyük xəyalı iki dövlətin birləşməsidir: “Həmişə tək millət, iki dövlət deyirik. Tərcüməçi olmadan bir-birimizlə danışırıq. Lakin bu iki dövlətin birləşməsi mümkün deyil, bunu etməzlər. Kaş ki, şərtlər uyğun olsaydı...”, - deyə Başbuğ söyləyib.