Moskvadan qərbə MESAJ: “CAVABSIZ qalmayacaq”
Rusiya Qərb ölkələrinin kobudluğuna dözməyəcək və diplomatların deportasiyasına cavab verəcək. Publika.az TASS agentliyinə istinadən xəbər verir ki, bu haqda Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib. “Cavab verəcəyik, şübhə etməyin”, - Rusiyanın xarici siyasət idarəsinin başçısı deyib. Rusiyanın Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova isə rusiyalı diplomatların deportasiyasını rusofobiya kursunun davamı adlandırıb. “ABŞ və Avropa İttifaqının bütün hərəkətlərə adekvat cavab veriləcək. Söhbət Rusiya diplomatlarının deportasiyası və ABŞ-dakı baş konsulluğun bağlanmasından gedir”, - o vurğulayıb. Zaxarova vurğulayıb ki, Böyük Britaniya indiyə qədər Rusiyanın Baş Kəşfiyyat İdarəsinin sabiq polkovniki Sergey Skripal və qızı Yuliyanın zəhərlənməsi haqqında iş üzrə informasiya verməyib. Qeyd edək ki, Rusiya diplomatlarını deportasiya edən ölkələrin sayı 24-ə çatıb. “Skripal işi”ndə Londonu dəstəkləyərək, Rusiya diplomatlarını deportasiya edən ölkələr aşağıdakılardır: