PREZİDENT və BİRİNCİ XANIM DİNAMO otelinin açılışında
Mayın 11-də Bakıda Dinamo otelinin açılış mərasimi keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mərasimdə iştirak ediblər. Dövlətimizin başçısı və xanımı otelin rəmzi açılışını bildirən lenti kəsdilər. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva oteldə yaradılan şəraitlə tanış oldular. Sonra Azərbaycan Prezidenti otelin kollektivi ilə görüşdü. Sonda xatirə şəkli çəkdirildi.