PUTİN üç gün VAXT VERDİ: dünya III Dünya müharibəsinin BİR ADDIMLIĞINDA
Suriyada müharibə artıq yeddi ildir aparılır. Kənardan Suriyanın hökumət qoşunları və müxalifət döyüşçüləri arasında vətəndaş müharibəsi kimi görünə bilər, ancaq həqiqətdə bu, Rusiya və NATO ölkələri arasında ölümcül döyüşdür. Bu haqda Suriyadakı son prosesləri şərh edən Çin KİV-ı yazıb. “İndi vəziyyət daha da qızışır. Suriyanı onun unikal fiziki-coğrafi və hərbi-strateji mövqeyinə görə “Yaxın Şərqin ürəyi” adlandırırlar. Ölkə beş dənizin (Fars körfəzi, Aralıq, Xəzər, Qırmızı və Qara dənizlərin) kəsişməsində yerləşir. Bu səbəbdən də Suriyanı öz təsir dairəsində saxlamaq məqsədi ilə burada hərbi bazasını yerləşdirib. Əks təqdirdə, Suriyanın ərazisi başqa dövlətlərin gücləri, dövlət əleyhinə olan üsyançılar və ya müxtəlif ekstremist qruplaşmalar tərəfindən işğal edilər, ölkənin milli təhlükəsizliyi üçün ciddi təhlükə Rusiyanın cənubuna yönələrdi”, - Çin KİV-i qeyd edib. Qeyd edilir ki, bütün bunları nəzərə alan Rusiya 2014-cü ilin sentyabrından var gücü ilə Suriyanın hökumət qoşunlarına dəstək göstərir və hədəflərinin həyata keçməsi üçün milyardlarla dollar xərcləyir. Silahların çatdırılması və hərbi mütəxəssislərin göndərilməsindən başqa, Rusiya həmçinin Suriyaya öz qoşunlarını - Hərbi-Hava Qüvvələri və xüsusi təyinatlı bölmələri göndərir. Bildirilir kui, Suriyada Rusiyanın qələbəsi amerikalıları əks addımlar atmağa vadar edir. ABŞ müttəfiqləri olan ingilislər və fransızlarla birlikdə mütəmadi olaraq Suriyanın hökumət güclərinə aviazərbələr endirir.
Suriyada hökm sürən gərgin vəziyyət fonunda Aralıq dənizində Qərbin hərbi donanmasının gücləndirilməsi diqqət çəkir. Yaxın vaxtlarda ABŞ-ın Hərbi-Dəniz Qüvvələrinin “Harri Trumen” atom təyyarədaşıyanı Aralıq dənizinin sularına daxil oldu. Görünür ki, bu manevrin hədəfi Suriyada yeni hava hücumunun keçirilməsidir. Əslində, əsas məqsədin Qara dəniz vasitəsilə Suriyaya yolu bloklamaq olduğu təxmin edilir. Çünki, Rusiyanın Suriya ilə ümumi quru sərhədi yoxdur və bütün hərbi yardım əsasən dəniz vasitəsilə həyata keçirilir. KİV-in xəbərlərinə görə, NATO-nun hərbi gəmilərinin bütöv qrupu yaxın vaxtlarda Qara dənizin akvatoriyasına girib. Şimali Atlantika İttifaqının gəmiləri genişmiqyaslı hərbi təlimləri keçiriblər. Bu manevrin hədəfi aşkardır: Rusiyanı sıxmaq istəyirlər. Çin KİV-inin yazdığına görə, Rusiya Qara dənizi çoxdan özünün “daxili dənizi” hesab edirdi. “NATO-nun belə hərəkətləri şübhəsiz ki, Rusiyanın milli təhlükəsizliyini hədələyir və cavab hərəkətlərinə təhrik edir. Putin sərt mövqe tutdu və tələb etdi ki, NATO-nun bütün hərbi gəmiləri üç gün ərzində Qara dənizin akvatoriyasını tərk etsin, əks halda, Rusiya sərt tədbirlərə müraciət etməyə məcbur olacaq. Eyni zamanda Rusiya Hərbi-Dəniz Qüvvələri də kənarda qalmadı və Qara dənizdə genişmiqyaslı hərbi təlimlər keçirdi. Etibarlı mənbələrdən əldə edilən məlumatlara görə, NATO-nun hərbi gəmiləri Krımda yerləşdirilmiş Rusiya raketlərinin hədəfindədir. Rusiya Hərbi-Dəniz Donanmsı və Hərbi-Hava Qüvvələri artıq yüksək hazırlıq vəziyyətinə gətirilib. NATO ölkələri Putinin sözlərinə qulaq asaraq öz gəmilərini Qara dəniz akvatoriyasından öz gəmilərini çıxaracaqr, ya yox? Bunu, vaxt göstərəcək”, - Çin KİV-i qeyd edib.