Putin -Tramp görüşünə BAKIDAN BAXIŞ

ABŞ prezidentinin Putinlə dialoqda sərt mövqe tutmaması ölkəsində qəzəblə qarşılandı; Helskinki görüşü dünyaya nə verdi?

Rusiya və ABŞ prezidentləri Vladimir Putinlə Donald Tramp 16 iyul görüşündəki danışıqların yekunlarına dair birgə mətbuat konfransı keçiriblər, lakin birgə bəyanat qəbul etməyiblər.

Bu barədə “RİA Novosti”yə Rusiya prezidentinin mətbuat katibi  Dmitri Peskov bildirib.

“The Washington Post” qəzeti isə yazıb ki, D.Tramp köməkçiləri tərəfindən Helsinkidə Rusiya prezidenti V.Putinlə keçirilən görüş üçün hazırlanan 100 səhifəlik sənədin çox hissəsinə laqeyd yanaşıb.

Belə ki, D.Trampun dialoq tonu plana zidd olub: “Plana əsasən ABŞ prezidenti danışıqlarda sərt mövqe tutmalı idi. O cümlədən görüşdən əvvəl Ağ Ev rəhbərinin köməkçiləri onunla bir sıra məsələləri müzakirə ediblər, lakin Tramp danışıqlar zamanı qərarını dəyişib və danışıqları öz bildiyi kimi aparıb”.

“The Washington Post”un Ağ Evdəki mənbələri deyiblər ki, Trampın Putinlə görüşdə qəti mövqe sərgiləməsini ətrafındakıların hamısı, o cümlədən prezidentin milli təhlükəsizlik üzrə müşaviri Con Bolton və dövlət katibi Maykl Pompeo da istəyib.

trump putin ile ilgili görsel sonucu

Ümumən görüşdən sonrakı mətbuat konfransında Tramp Krım, Donbas, Suriya, sanksiya və heç bir bu tipli mövzuya toxunmayıb. Bunun üstündə Amerikan isteblişmenti Trampı tənqid edib. CİA-nın keçmiş direktoru Brenner Trampın hərəkətlərini “xəyanətkar” adlandırıb, Demokratların Senatdakı lideri Schumer “belə çıxır Putinin əlində Trampa qarşı nəsə ifşaedici material var” deyib, Respublikaçı Mak Keyn isə Trampın performasına “utancverici” deyib. Bu qəbildən tənqidləri həm demokratlar, həm də respublikaçılar edib.

Bir sözlə, prezidentlərin görüşü ABŞ-da Trampın ünvanına çox sərt tənqidlər və ittihamların yağdırılmasına səbəb olub. Ümumilikdə demokratlar Helsinki görüşünü “Treason summit” (Xəyanət sammiti) kimi dəyərləndirirlər.

Qəzəb və hiddətin səbəbi budur ki, Tramp Rusiyanın ABŞ seçkilərinə müdaxilə etmədiyi barədə Putinin təkzibi ilə razılaşaraq öz dövlətinin müvafiq strukturlarının yekdil rəyinə və ortaya qoyduğu sübutlara etimad etmədiyini göstərib. O, Rusiya ilə münasibətlərin pisləşməsinə görə də ABŞ-ı günahlandırıb, Ukrayna məsələsini qaldırmayıb və ümumilikdə Putinin yanında aciz bir görüntü sərgiləyib.

Politoloq Qabil Hüseynli ile ilgili görsel sonucu

Politoloq Qabil Hüseynli “Yeni Müsavat”a şərhində bildirdi ki, Trampla Putinin 16 iyul görüşü əslində nəticəsiz görüş kimi səciyyələndirilir. Çünki həm mətbuat konfransında, həm də ayrı-ayrı şəxslərin mətbuata verdiyi ötəri məlumatlarda belə təsəvvür yaranır ki, demək olar ən prinsipial məsələlərdə kompromis tapmaq mümkün olmayıb: “Bu görüşün dünyanın taleyinə, soyuq müharibə təhlükəsinin qarşısının alınmasına, dünyada bir sıra münaqişə ocaqlarının aradan qaldırılmasına səbəb olacağına ümid edənlər ümidlərin doğrulmadığını görüb məyus olublar. Belə söyləmək mümkündür ki, görüşün keçirilməsinin özü ümumən müsbət haldır, amma görüşdən nəticələrin olmaması məyusluq hissi yaradır.

Trampın səriştəsizliyi və beynəlxalq məsələlərdə o qədər çevik olmadığı bu görüşdə üzə çıxdı. Bunu Amerika mediası da yazır. Tramp Putinlə sanki dost dilində danışmağa üstünlük verib. Putin isə bütün məsələlərdə sərt iradə ortaya qoyub. İki tərəfi də maraqlandıran məsələlərdən ən mühümü beynəlxalq münasibətlərdəki qarşıdurmanın səngidilməsi olub. Bu kontekstdə həm Suriya məsələsinə, həm də Ukraynanın şərqindəki məlum problemlərə diqqət yetirilib. Rusiya prezidenti Suriya məsələsində Astana prosesindən imtina etməyəcəklərini və beləliklə də Suriya məsələsində hər hansı kompromisə getməyəcəklərini bəyan edib. Beləliklə, Suriya məsələsində irəliləyiş əldə etmək mümkün olmayıb. Eləcə də Ukrayna məsələsində də verilən açıqlamalardan belə çıxır ki, razılaşmaya gəlinməyib. Ukrayna məsələsində Tramp israrlı mövqedə dayanmayıb. Bu isə təcrübəli Putinə imkan verib ki, Ukrayna məsələsinin üstündən tələm-tələsiz keçsinlər, bu məsələ barədə dərin fikir mübadiləsi getməsin.

İran məsələsində də mövqelər dəyişməz olaraq qalır. Amerika tərəfi İran məsələsində nə qədər təkid etsə də, İranın guya Yaxın Şərq üçün ciddi təhlükə mənbəyi olduğunu israr etsə də Putin bu məsələni müzakirə etməkdə həvəsli görünməyib və nəticə etibarilə İranla bağlı məsələlər də tələm-tələsik nəzərdən keçirilib, ümumi razılaşmalar əldə etmək mümkün olmayıb.

Bütövlükdə soyuq müharibə ilə bağlı məsələlərdə, təkqütblü dünyadan çoxqütblü dünyaya keçid məsələləri ətrafında da müzakirələr demək olar heç bir nəticə verməyib. Putin dövlətinin ambisiyasını nümayiş etdirib və dolayısı ilə bildirib ki, dünyada Amerika hegemonluğuna imkan verməyəcəklər".

Politoloqun sözlərinə görə, danışıqlara ümumu qiymət verilsə, Rusiya-ABŞ prezidentlərinin görüşünün baş tutmasının özü böyük hadisədir: “Danışıqlarda konkret nəticələr əldə edilməsə də danışıqlar praktikasının bundan sonra da davam etdirilməsi müsbət nəticə sayıla bilər. Nəticəsiz olsa da bu görüşün dünya üçün ümumən müsbət əhəmiyyətini qeyd etmək lazımdır”.

Politoloq Elxan Şahinoğlu ile ilgili görsel sonucu

Politoloq Elxan Şahinoğlu isə qeyd edib ki, ABŞ və Rusiya prezidentlərinin Helsinkidəki görüşlərinin ardından keçirdikləri birgə mətbuat konfransından gəlinən nəticələr bunlardır: “Birincisi, Rusiya prezidenti Putin iki ölkə arasında terrorizmlə birgə mübarizənin aparılmasının tərəfdarıdır. Məsələn, Putin təklif edib ki, xüsusi xidmət orqanları arasındakı əməkdaşlıq davam etsin və bu, sistemli şəkil alsın. İkincisi, Putin istəyir ki, iki ölkə arasında Suriyada əməkdaşlıq formatları tapılsın. Putin Trampa kompliment edərək onun Şimali Koreya nüvə məsələsinin həllindəki yüksək rolunu vurğuladı. Halbuki Tramp özününkülərindən narazıdır ki, niyə Amerikada onun Şimali Koreya nüvə məsələsinin həllindəki rolunu lazımınca qiymətləndirmirlər. Putin bu mənada Trampın zəif damarını tapıb. Üçüncüsü, İran məsələsində razılaşma əldə olunmadı, tərəflərin mövqelərində dəyişiklik baş vermədi, bu heç gözlənilmirdi də. Tramp İranı çökdürmək istəyir və bu planında heç bir dəyişiklik etməyəcək. Dördüncüsü, prezidentlər Suriya məsələsində də hər hansı razılıq əldə etmədilər.

Putin inanır ki, Trampla dialoq ümumi işin xeyrinədir. Ancaq Konqres və Amerikadakı müxtəlif siyasi və media mərkəzləri belə hesab etmir.

Ukrayna məsələsində tərəflərin mövqeləri dəyişməyib. Bu görüşə qədər ehtiyat edilirdi ki, Tramp Krımın ilhaqını qəbul edə bilər. Helsinkidə bu baş vermədi. Tramp üçün Ukrayna mövzusu açıq-aşkar arxa plana keçib. Halbuki Barak Obamanın dövründə Ukrayna mövzusu aktual idi. Çünki Ukraynadakı hadisələr məhz Obamanın dövründə cərəyan etmişdi. Obama özünə borc bilirdi ki, Ukraynanı dəstəkləsin. Trampın isə belə bir dərdi yoxdur.

Bu görüşə baxmayaraq, Tramp Avropanın Rusiyadan enerji asılılığının əleyhinədir və bu durumu dəyişməyə çalışır. Ancaq Tramp mətbuat konfransında Rusiyanı və Putini düşmən deyil, yaxşı mənada rəqib adlandırdı. Tramp Putinin gözünün içinə baxaraq onu düşmən adlandıra bilməzdi. Ona görə də əvvəlki ritorikasını zəiflətdi. Ancaq görüşdən sonra Tramp yenə də istədiyi kimi danışacaq".

Politoloqun fikrincə, Helsinki görüşünün əsas nəticəsi budur ki, iki ölkə arasında müxtəlif məsələlərdə dərin fikir ayrılıqları olsa da, dialoq davam edəcək: “Trampa və Putinə də elə bu lazım idi. Ancaq Putinin amerikalı həmkarı ilə dialoqda bir problemi yoxdursa, Trampı daxildə ciddi suallar gözləyir. Amerikadakı siyasi mərkəzlər və media ABŞ prezidentinin Putinlə dostluğunun və sıx dialoqunun əleyhinədir”.






Fikirlər