PREZİDENT BELÇİKA KRALINI TƏBRİK edib
Prezident İlham Əliyev Belçikalıların Kralı Filipə təbrik məktubu ünvanlayıb. Təbrikdə deyilir: "Əlahəzrət, Ölkənizin milli bayramı münasibətilə Sizə və Sizin simanızda bütün belçikalılara öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm. Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı və xoşbəxtlik, dost Belçika xalqına daim əmin-amanlıq və firavanlıq diləyirəm".