İlham Əliyev Yunanıstan prezidentini Müstəqillik günü münasibətilə TƏBRİK EDİB
Prezident İlham Əliyev Yunanıstan prezidenti Prokopis Pavlopulosu Müstəqillik günü münasibətilə təbrik edib. Təbrik məktubunda deyilir: "Hörmətli cənab Prezident! Yunanıstan Respublikasının milli bayramı – Müstəqillik günü münasibətilə Sizə və xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm. Belə bir xoş gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Yunanıstan xalqına daim əmin-amanlıq və firavanlıq diləyirəm".