İLHAM ƏLİYEV FİFA-nın yeni prezidentini TƏBRİK etdi

İlham Əliyev FİFA-nın yeni prezidentini təbrik etdi

Azərbaycan prezidenti İlham Əliyev Beynəlxalq Futbol Assosiasiyaları Federasiyasının prezidenti Canni İnfantinoya təbrik məktubu göndərib.

Təbrik məktubunda deyilir: 

“Beynəlxalq Futbol Assosiasiyaları Federasiyasının prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm.

Bu məsul və şərəfli vəzifəyə seçilməyiniz futbolun inkişafı sahəsində xidmətlərinizə verilən yüksək qiymət, beynəlxalq idman ictimaiyyətinin Sizə olan böyük etimadıdır. İnanıram ki, Azərbaycan ilə FİFA arasındakı əməkdaşlıq bundan sonra da müvəffəqiyyətlə davam edəcəkdir.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar diləyirəm”.






Fikirlər