Xalqımızın ondan GÖZLƏNTİLƏRİ ÇOX BÖYÜKDÜR – Millət vəkili
Mehriban xanım ölkənin ictimai siyasi həyatında aktiv iştirakı ilə qadınların cəmiyyətimizdə rolunun artırılmasına böyük tövhə verir, Azərbaycan qadınını beynəlxalq aləmdə layiqincə təmsil etməkdədir. Bu sözləri Axar.az-a açıqlamasında millət vəkili, BAXCP sədri Qüdrət Həsənquliyev Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın fəaliyyəti haqda danışarkən deyib. Q.Həsənquliyev bildirib ki, Mehriban xanım ölkənin birinci xanımı olsa da, xeyirxahlığına, işgüzarlığına, yüksək təşkilatçılığına, ağıllı və cəsarətli fəaliyyətinə görə insanların rəğbətini qazanmış, məhz bu keyfiyyətlərinə görə də Prezident tərəfindən 1-ci vitse prezident postuna təyin olunmuşdur: “Azərbaycan xalqı onu iqtidar daxilində islahatlara dəstək verən əsas simalardan biri kimi qəbul edir və ondan gözləntiləri çox böyükdür. Mən Mehriban xanımı həm də keçmiş deputat həmkarım kimi ad günü münasibətilə təbrik edir, çətin və şərəfli vəzifəsində uğurlar arzulayıram”. Qeyd edək ki, 26 avqust Mehriban xanım Əliyevanın ad günüdür.