Liderlərin görüşünə saatlar qalmış Rusiya hücuma keçdi - BOMBARDMAN
Tehranda Putin, Ərdoğan və Ruhaninin görüşünə saatlar qalmış Rusiya təyyarələri İdlibi bombalayıb. Publika.az xəbər verir ki, Rusiyaya aid 3, Əsəd ordusuna aid isə 2 döyüş təyyarəsi İdlibin cənubunda yerləşən Han Şeyhun, Kefr Zeyta və Hebit qəsəbələrinə 7 dəfə hücum edib. Əsəd ordusu bu bölgələri top atəşinə də tutub. Nəticədə bir nəfər ölüb, bir neçə nəfər isə yaralanıb. Məlumata görə, Rusiyaya məxsus kəşfiyyat təyyarələri səhər saatlarından başlayaraq, bölgədə uçuşlar həyata keçirir.