“Rusiyadan və şəxsən Putindən…” - Poroşenko...
"Ukrayna Avropa İttifaqı və NATO-ya girişə icazə üçün Rusiyadan və ya şəxsən Rusiya lideri Vladimir Putindən soruşmağa hazırlaşmır”. Publika.az xarici mediaya istinadən xəbər verir ki, bu haqda Ukrayna prezidenti Pyotr Poroşenko “SK1” telekanalının efirində bildirib. Onun sözlərinə görə, bu, Ukrayna xalqının xüsusi suveren hüququdur. Prezident qeyd edib ki, sosioloji sorğulara əsasən, ukraynalıların əksəriyyəti Ukraynanın Avropa və avroatlantik inteqrasiyasını dəstəkləyirlər və bunu dövlətin təhlükəsizliyin təmin olunmasının əsas amili hesab edirlər.