Ərdoğandan dollarla bağlı XƏBƏRDARLIQ

 Ærdoğandan dollarla bağlı XƏBƏRDARLIQ: “Əks təqdirdə...”

“Bizdə böhran yoxdur, aldanmayın, bunların hamısı manipulyasiyadır”.

Publika.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bunu Beştepe Millət Mədəniyyət və Konqres Mərkəzində təşkil edilən Qazilər günü ilə əlaqədar mərasimdə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

Dövlət başçısı ticarətdə xarici valyutalardan istifadə edənlərə də xəbərdarlıq edib.

“Bu ölkədə dollar və avro ilə kirayə yoxdur. Burası Türkiyədir, ABŞ deyil. Burada türk lirəsi keçər, əks təqdirdə əvəzini ödəyərlər. Burada türk lirəsinin hökmü vardır. Türk lirəsi ilə mağazanı icarə verə, ticarət edə bilərsiniz”, - Türkiyə prezidenti deyib






Fikirlər