Ərdoğandan gənclərə məsləhət: "Rus dilini öyrənin"

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan gənclərə müraciət edərək onları xarici dil öyrənməyə çağırıb.

Azvision.az xəbər verir ki, Ərdoğan gənclərin heç olmasa bir xarici dil bilməsinin vacib olduğunu deyib.

“Gənclərimiz ən azı bir xarici dil öyrənməlidir. Mən onlardan bunu gözləyirəm. Sadəcə ingilis dili yetməz. Ərəb, rus, fransız, çin dilini də öyrənə bilərsiniz. Ana dilimizlə yanaşı bir xarici dil bilməyiniz önəmlidir. Hədəflərimizə məmləkətimizdə oturub öz dilimizdə danışmaqla çata bilmərik”, - deyə Ərdoğan vurğulayıb.






Fikirlər