Ərdoğandan ŞOK sözlər — "Hollandiya BANAN RESPUBLİKASIDIR"

Ərdoğan Hollandiyanı "banan respublikası" adlandırıb.

Ölkə.Az xəbər verir ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, Kocaeli vilayətindəki çıxışında Hollandiyanı "banan respublikası" adlandırıb.

Baş verən son hadisələr iki ölkə arasındakı münasibətləri kəskinləşdirib.

Prezident Ərdoğan Hollandiya hökümətinə qarşı sərt çıxışlar edib. O, bildirib ki, hollandlar "faşistdirlər", hərəkətləri isə "nasizmdir". 

Türkiyə rəsmiləri Avropada yaşayan soydaşlarını aprel ayının 16-da keçiriləcək referendumu dəstəkləməyə çağırıb. Hollandiya höküməti Türkiyənin Xarici İşlər nazirinin mitinqdə iştirakına icazə verməyəcəyini bəyan edib.






Fikirlər