Hollandiyada 12 türk həbs edildi — Ərdoğan ƏSƏBLƏŞDİ

Rotterdamda Türk səfirliyi önündə etirazlar davam edir.

Ölkə.Az xəbər verir ki, Hollandiya polisi ölkə daxilində Türkiyə səfirliyinin qarşısında ictimai asayişi pozaraq qanunlara riayət etməyən şəxsləri saxlayıb. Səfirlik qarşısında toplaşan türk vətəndaşları Hollandiya hökümətinin Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğluna ölkəyə giriş imkanının verilməməsinə etiraz ediblər. Etirazçılardan 12 nəfər həbs edilib.

Etirazçılar Hollandiya polisinə şüşə qablar və daşlarla hücum edib. Holland polisi bu zorakılığa qarşı su şırnaqları, itlər və dəyənəklərdən istifadə edib.

Yaranmış iğtişaşda 1 polis məmuru və etirazçılardan 7 nəfər xəsarət alıb. 

Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlunun aprelin 16-da keçiriləcək referendumla əlaqədar Hollandiya səfərinin ləğvinin ardından Türkiyənin Ailə və Sosial Siyasət naziri Fatma Betül Sayan Kayan Hollandiyanın girişində saxlanılıb. Hökümət orqanları naziri "arzuolunmaz qonaq" kimi ölkədən geri yola salıblar.

Türkiyəyə geri dönən nazir Fatma Betül jurnalistlərə verdiyi açıqlamasında bildirib ki, Hollandiya höküməti tərəfindən xoşa gəlməz münasibətlə qarşılaşdıq: "Bu, nə diplomatik cəhətdən, nə də insani cəhətdən qəbul edilə bilməz."

Almaniyanın Gaggenau şəhərində keçiriləcək olan tədbiri ləğv olunan Türkiyənin Ədliyyə naziri Bəkir Bozdağ həmkarı Heiko Maas ilə görüşdən imtina edərək ölkəni tərk edib.                                                                       

Prezident Rəcəb Tayyib Ərdoğan bütün bunları keçmişdə baş verən "neo-Nazi" hərəkətləri ilə müqayisə edib.

Prezident Tayyib Ərdoğan digər Avropa ölkələri ilə yaşanan xoşagəlməz situasiyalara baxmayaraq, ölkədə mitinqə icazə verdiyi üçün Fransa hökümətinə təşəkkürünü bildirib.

Ərdoğan çıxışında bildirib ki, Fransa höküməti diplomatik münasibətləri digər Avropa ölkələri kimi siyasi oyunlara qurban vermədi: "Fransa hökümətinə bizə xəyanət etmədiyi üçün minnətdaram".






Fikirlər