Prezidentin xüsusi İCLASDA iştirakı gözlənilir
Sabah - sentyabrın 21-də Azərbaycan Xalq Cümhuriyyəti (AXC) parlamentinin yaranmasının 100 illik yubileyi ilə əlaqədar Milli Məclisin təntənəli iclası keçiriləcək. Xüsusi iclasın saat 12:00-da başlayacaq. AzerTaym.az-ın parlamentdən əldə etdiyi məlumata görə, təntənəli iclasda Prezident İlham Əliyevin iştirakı gözlənilir. Qeyd edək ki, tədbirə 150 ölkənin parlamentinin nümayəndə heyəti qatılacaq. Bundan əlavə, 40-a yaxın ölkənin nümayəndəsinin də yubiley tədbirində iştirakı nəzərdə tutulur.