PUTİNDƏN AVROPAYA: Bunu etmək axmaqlıqdır
Avropa ölkələri ABŞ-dan qaz alarsa, bu, axmaqlıq və israfçılıq olar. Axar.az xəbər verir ki, bu sözləri Rusiya Prezidenti Vladimir Putin Avstriya Baş naziri Sebastian Kurts ilə görüşündə deyib. “Enerji daşıyıcılarına tələbat yalnız artacaq. Onu yüksək qiymətə almaq qadağan deyil, amma axmaqlıqdır. Yoxsa Avropa 30 faiz ucuz qiymətlə qazı digər ölkələrdən alacaq? Məsələn, ABŞ... Olar, lakin bu sadəcə səfehlikdir. Eyni zamanda israfçılıq və qlobal rəqabət qabiliyyətinin azalması deməkdir”, - deyə Kreml rəhbəri bildirib.