Növbəti QARABAĞ mitinqinin vaxtı TƏYİN EDİLDİ
Bu gün Qarabağ Komitəsinin iclasında növbəti Qarabağ mitinqi ilə bağlı müzakirələr keçirilib. İclasda təşkilati məsələlərə də baxılıb, Sahib Kərimli və Səxavət Nəsibov Komitəyə yeni üzv seçiliblər. Sonra partiyalara edilmiş müraciətin nəticələri, Komitənin yerlərdə işinin təşkili və digər məsələlər müzakirə olunub, uyğun qərarlar qəbul olunub.
Qarabağ Azadlıq Təşkilatından Modern.az-a bildirilib ki, müzakirələrdə İsgəndər Həmidov, Pənah Hüseyn, Mirmahmud Mirəlioğlu, Akif Nağı, Tural Abbaslı, Aydın Şükür, Əvəz Zeynallı, Sahib Musayev, Şakir Abbas, İlqar Əli, Rəşid Nazim, Yusif Süleymanlı, Əlövsət Sadıqlı, Rövşən Məmmədli, Həsən Həsənov və digərləri çıxış edərək təkliflərini veriblər. Komitə üzvləri mitinqlərin davamlı olmasının vacibliyini qeyd edib və növbəti mitinqin 24 noyabr 2018-ci il tarixə təyin olunması ilə bağlı qərar qəbul ediblər. Mitinqlə bağlı gələn həftə ərzində Bakı Şəhər İcra Hakimiyyətinə müraciət olunacaq.