Angela Merkellə bağlı İNANILMAZ FAKTLAR: Hitlerin qızı, Obamaya vurulan və... - FOTO
Təsəvvür edin ki, Hitlerlə eyni dövrdə yaşayırıq. Özü də ətək geyinib, əminliklə: “Almaniyada ideal alman yoxdur” deyir. Üstəlik nəfəsindən aldığı canların üfunət qoxusu gəlmir. Öldüyü yaşından 10 il böyükdür. Xəyal dünyasından oyanın, qəhrəmanımız Merkeldir. Qalmaqallı teflon ledi Angela Merkel...
Yəqin teflonun Merkelə nə aidiyyəti olduğunu düşündünüz. Publika.az məhz bütün bu maraqlı faktları sizinlə bölüşməyə çalışacaq. Məsələ ondadır ki, teflon material sudan da, yağdan da quru çıxır-xanım kansler kimi... Heç bilirdiniz ki, Merkel xanım kanslerin ilk həyat yoldaşının soyadıdır? Öz soy ismi Kasnerdir. Bir az da düzəliş edək, Kazmerçak... Onun tam adı Angela Doroteya Kozmerçak da ola bilərdi. Lakin atası Horst Kazmerçak Kasner soyadını götürmüşdü. Horst Kazmerçak Hamburq universitetində teologiya ixtisası üzrə təhsil almışdı. Atası Lüdvik isə Polşanın Poznan şəhərində polis kimi xidmət edirdi. O, Birinci Dünya Müharibəsinin iştirakçısı olmuşdu. Həmçinin Polşa-Ukrayna savaşında vətəninin şərəfini qorumuşdu. Lüdvik müharibədən sonra alman sevgilisi Marqaretlə birgə Berlinə köçür. Elə Horst da 1926-cı ildə Berlində dünyaya gəlir.
Angelanın anası Herlind Kasner isə latın və ingilis dillərini tədris edirdi. Herlindin atası Villi Centş Dantsiq şəhərinin 11 senatorundan biri idi. Ömrünün son illərində isə şəhərin bütün ibtidai məktəblərinə rəhbərlik etmişdi. Angela Doroteya 1954-cü ilin 17 iyulunda Hamburqda doğulub. Ailənin ilk övladıdır.
Özündən kiçik bir bacısı və qardaşı var. Qardaşı Markus Kasner 1957-ci ildə dünyaya gəlib, hazırda Almaniyanın məşhur fizikaçı alimlərindən biridir. Bacısı İrene isə tibb sahəsində çalışır. İrene Kasner peşəkar terapevtdir. Kasner ailəsinin övladları hər üçü məktəb illərində çalışqan idilər. Xüsusən də Angela...Sakit, təmkinli xarakterə malik olan balaca Doroteya xarici dillərə xüsusi maraq göstərirdi. Angela rus dilini mükəmməl bilirdi, hətta 14 yaşında rus dili olimpiadasında birinci yerə layiq görülüb, Moskvaya səyahətlə mükafatlandırılmışdı. Lakin Angelanın Rusiyanı diyar-diyar gəzmək arzusu hələ gerçəkləşməyib. Ruslar da ən az xanım kansler qədər həmin məqamı səbrsizliklə gözləyirlər. Angela ingiliscə də çox gözəl danışır. Amma təəssüf ki, fransızca öyrənmək cəhdləri hər zaman puça çıxıb. Angela baxımlı yaxud qəddar səslənsə də gözəl qadın deyil, heç gəncliyində də xüsusi cazibədarlığı ilə seçilməyib. Dediyinə görə, heç vaxt dadlı yeməklərdən və şirin meyvə şirələrindən imtina etməyib. Gənclik illərində kifayət qədər ünsiyyətcil və şən olub. Bir yandan “Beatles” dinləyib, digər yandan dostları ilə birgə çimərliklərdə çılpaq günəşlənib.
Doroteya riyaziyyata da dərin maraq göstərirdi. Dəqiq elmlər sahəsində istedadı sonsuz idi. Almaniya Demokratik Respublikasında yaşadıqlarına görə bir müddət pioner də olmuşdu. Amma tezliklə azad alman gəncləri birliyinə üzv keçmişdi. 1973-cü ildə mələk sima Angela Karl Marks adına Leypsiq universitetinə daxil olur.
Elə burada da sevginin ilk cazibə qüvvəsi onu özünə çəkir. Tale Angelanın qarşısına özü ilə birgə təhsil alan Ülrixi çıxardır. Daha dəqiq desək, Ülrix Merkeli...İki gəncin məhəbbəti yolunda bütün fizika qanunları səfərbər olur. Aşiqlər 1977-ci ildə ailə qursalar da, cəmi 4 ilə aralarındakı ağırlıq qüvvəsi çəkilməz hala gəlir. İllər sonra Angela etiraf edəcək ki, Uirlixi başdöndürən məhəbbətlə sevməyib, sadəcə həyatın qaçılmaz qanunu olan evliliyi o da dadmaq istəyib. Hətta gülərək etiraf edir ki, ilk ərindən ona qalan yeganə xatirə soyadıdır. Bəli, bəli, Angela illərdir ərinin soyadına sədaqət nümayiş etdirir. İkinci dəfə ailə qursa da sevə-sevə bu soyadı daşıyır, hətta bütün Almaniyanın ağır yükünü də bu soyadla çəkir.
Uirlix Merkellə ayrılıqdan düz iki il sonra Angela həyatının ikinci önəmli kişisinə rast gəlir. Bu dəfə fizikanı kimya əvəzləyir. Lakin artıq münasibət kimyəvi reaksiyalar kimi aramla, təmkinlə irəliləyir. Evli, uşaqlı, xoşbəxt İoaxim Zauer Angela ilə uzun müddət vətəndaş nikahında yaşayır. İoaximin ailəli olmağı gənc qadını heç narahat etmirdi. Yalnız 14 il sonra yəni 1998-ci ildə cütlük rəsmən evlənir. İoaxim ictimaiyyətdən çox uzaq insandır. O hətta xanımının inauqurasiya mərasimində iştirakdan imtina edib. Angela Merkelin övladı yoxdur. Xanım kansler etiraf edir ki, siyasətə qoşulanadək ana olmaq istəyib. Sonra da boynundakı vəzifələr onun məsuliyyətini elə artırıb ki, analıq yadına düşməyib. Angela üçün nəinki eşqdə, eləcə də işdə hər savaş üsulu mübahdır. Bir qadının əlindən ərini almaq yetməzmiş kimi öz sələfinin kreslosuna da göz dikir.
1990-cı ildə Almaniyanın sabiq kansleri Helmut Kol Angela Merkeli qadınlar və gənclər naziri təyin edir. Angelanın cəmi 36 yaşı vardı, hər kəs onu “Kolun qızı” adlandırırdı. Bu əlamətdar hadisədən 9 il sonra Kolun xəyanətkar qızı bütün gücünü səfərbər edib ustadını istefaya göndərir. Bütün dünya mediası Merkeli müzakirə edir, onu siyasətə gətirən insana qarşı bağışlanılmaz hərəkətindən danışırdı.
Hətta ən güclü qadınların qorxuğu kimsə yaxud nəsə mütləq var. Məsələn, Angelanı qorxutmaq istəsəniz Putin kimi qarşısına itlə çıxın. Belə ki, gənclik illərində it xanım kanslerin ayağını dişləyir. Ondan sonra Angela itlərdən elə qorxur ki, hətta rəsmi səfər etdiyi ölkələrə xüsusi tapşırıq yollayır. Qarşı tərəflər hər zaman Merkelin müraciətinə həssaslıqla yanaşırlar. Xanımın fobiyasından hali olan cənab Putin görüşlərin birində merkelə sevimli it oyuncaq hədiyyə edir. Bu da azmış kimi 2007-ci ildə yay iqamətgahında kansleri qonaq edir, Koni adlı itini də qarşısına çıxardır. Görüş zamanı Merkelin hiddətli baxışları media tərəfindən çox müzakirə olundu. Putin isə açıqlamasında niyyətinin məsum olduğunu bildirmişdi.
Ümumilikdə götürsək Merkel heyvansevərdir. Almaniyanı da sevir, amma qüsursuz hesab etmir. Onun üçün qüsursuz ölkə daim ABŞ olub. Buna baxmayaraq, ideal ölkəsinə ilk dəfə yalnız 1990-cı ildə səfər edib. Ondan öncə isə ADR-dən Amerikaya səyahət etmək imkanı yalnız 60 yaşdan yuxarı vətəndaşlara qismət olurdu. Hakimiyyət qorxurdu ki, ABŞ-ın ləzzətini duyan gənclər bir daha geri dönməyəcəklər. Angela Merkeli zövqlü, baxımlı qadın saymaq ən böyük günahlardan hesab olunar. İllərdir saç düzümü dəyişməz olaraq qalır. Makiyajdan tamamilə istifadə etmir. Qarderobu da ciddi kostyumlardan ibarətdir. Dəb ekspertləri Angelanın illər boyu sadiq qaldığı dərzisini yeknəsəqlikdə günahlandırılar. Merkelin Obama ilə Belində rəsmi görüşü zamanı geyindiyi enlibalaqlı şalvar isə zövsüzlüyün piki idi.
Sürprizləri sevən Angela cəmi bir dəfə çimərlikdə çılpaq gəzdiyi nudist çağlarını xatırlayıb açıq dekolte ilə ziyafətə qatılır.
Angelanın siyasi komandasında qadınların sayı azdır. Boşuna deyil ki, Frau Merkeli “oğlan kapitan” adlandırırlar. Dediyinə görə, qadınlara qarşı ayrıseçkiliyi yoxdur, kişiləri də zərrə qədər qısqanmır. Kişilərin zərif cinsdən sadəcə iki üstünlüyü var - kobud səsləri və ağac baltalamaq gücləri... 2015-ci ildə “Straight” homoseksual qadınlar dərgisi yeni buraxılışında kansleri bir qadınla intim münasibət zamanı təqdim etdi. Video gizli şəxs tərəfindən görüntülənir. Merkel izləyiciyə arxasını çevirib, telefonunda yeniliklərlə tanış olur. Radiodakı səs isə 62 faiz almanın eynicinsli nikahda yaşadığını bildirir. Elə bu an gecə geyimində olan gənc qadın ona yaxınlaşıb, arxadan qucaqlayır. Angela da eyni həssaslıqla ona nəvaziş göstərir. Çarx boyu kanslerin üzü tam görünmür. Lakin saç düzümü, bədən quruluşu və geyim qəhrəmanın Angela olduğuna açıq-aşkar işarədir.
Merkel bu videoya açıqlama gətirərək, qatı xristian olduğunu vurğulayır, "əsl nikah kişi və qadın arasında olmalıdır", - deyə qəti fikrini bildirir. Üstündən iki il keçəndən sonra isə seçkidə uduzmamaq üçün təkcinsli nikahları dəstəklədiyini bildirir. Artıq Frau Merkelin lezbiyan olduğunu bütün dünya bilir. Bilməyənlər də ciddi şəkildə şübhələnir. Hətta şayiələrə inansaq, onun Zauerlə nikahı sağlam karyera yolunda atılan addımdır. Kimyagər Zauerin gey olduğunu da bilmirdiniz? Bəs sizcə, niyə İoaxim özbəöz arvadının inauqurasiyasında iştirak etməmişdi? Hər halda bu şayiələr məhəlli xarakter daşımadığına görə boyumuzu aşar. Rusiyalı politoloq Sergey Markov Merkelə xarakteristika verərkən onu şərqəsilli lezbiyan adlandırmış və alman xalqının xanım kanslerə olan rəğbətini anmadığını bildirmişdi. Barak Obamanın Merkelə Prezidentin "Azadlıq" medalını təqdimetmə mərasimində çox qəribə durum yaşanmışdı. Angela bütün tədbir boyu gözünü Mişel Obamaya heyranlıqla zilləmişdi.
Merkeli Hitlerin yerdə gəzən ruhu da adlandırırlar. 2013-cü ildə Kiprdə insan izdihamı kanslerin Hitler obrazında plakatları ilə mitinqə çıxmışdılar. Elə həmin ərəfədə Valensiyada Merkelin ölüm mələyi cildindəki təsvirini tonqalda yandırmışdılar. Bu hal bir müddət sonra yenidən təkrarlanmışdı. Frau Merkeli yunanlar da sevmir. 2012-ci ildə kanslerə etiraz olaraq Afina küçələrində alman bayraqları yandırılmışdı. Bütün qərbi və şərqi Avropa ölkələri kimi Fransada da xanım Merkelə hiddətini gizlətməyənlər tapılır. Ultrasağçılar kimi ultrasolçular da onu Avropa xalqlarının əzablarının günahkarı adlandırırlar.
Amma pis yönlərini deyiriksə, gərək xeyirinə də danışaq. Məsələn, Angela dövlətin ona təqdim etdiyi iqamətgahdan imina edib, əri (?) ilə birgə Berlinin mərkəzindəki kirayə mənzilində yaşayır. Merkel üçün ideal qadın obrazı imperatriça Yekaterinadır. Onun kabinetində imperatriçanın böyük portreti yer alıb, üzərində də “güc təmkindədir” sözləri yazılıb. Demək olar ki, qəhvə içmir. Onun əvəzinə nanəli çaya üstünlük verir.
Angela Merkelin qamaqallı həyatı və siyasi karyerası haqda istər qəhvə, istərsə də nanəli çay içib, uzun-uzun danışa bilərik. Amma söhbətimizi zarafatla bitirsək yaxşı olar. Çoxları iddia edirlər ki, Angela Adolf Hitlerin nikahdankənar övladıdır və bu faktı sübut etmək üçün DNT testinə gərək yoxdur, sadəcə fəaliyyətini izləmək kifayətdir. Leyla Sarabi