Suriyada Türkiyəyə qarşı TERRORÇU İTTİFAQI

Suriyadakı varlığının sona çatacağını anlayan YPG-li terrorçular,İŞİD-çıları da Türkiyəyə qarşı istifadə etmək üçün hərəkətə keçib.
 
Türkiyənin sərhəd təhlükəsizliyinin təmin edilməsi üçün hərəkətə keçən Türk Silahlı Qüvvələri(TSQ), Suriyanın şimalına yuvalanan YGP-li terrorçulara ağır zərbələr vurub.
Fərat Qalxanı və Zeytun Budağı Hərəkatı ilə bölgədə böyük bir təmizlik aparan Türkiyə, sülh və əmin-amanlıq şəraitini təmin edib.
Türk əsgəri, lüləsini indi də Fəratın şərqinə çevirib.
 
YPG-İŞİD İTTİFAQI
 
Sonunun gələcəyini anlayan YPG-li terrorçular bir tərəfdən xəndək qazarkən, digər tərəfdən də təşkilatdakı terrorçu sayını artırmağa çalışır.
Bu məqsədlə İŞİD-çı əsirlərdən də istifadə olunur. Belə ki, YPG əsirlikdə olan İŞİD terrorçularını Türkiyəyə qarşı döyüşlərdə istifadə edə bilməsi üçün İŞİD terrorçularına təlim verməyə başlayıb.
İŞİD-çıları Türkiyəyə qarşı qoymaq planını YPG-li terrorçular Afrin hərəkatı zamanı da sınamışdı.
Nəticə etibarı ilə Türk əsgərli döyüşdən sonra həm YPG-lilər, həm də İŞİD-çılar qazdıqları xəndəklərə basdırılmışdı.






Fikirlər