Nazarbayevdən KTMT ADINDAN ÇAĞIRIŞ
Qazaxıstan Prezidenti Nursultan Nazarbayev ölkələrə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) partnyorları və müşahidəçiləri olmaq çağırışı edib. Axar.az xəbər verir ki, Nazarbayev 8 noyabrda Astanada baş tutan Kollektiv Təhlükəsizlik Şurası (KTŞ) iclasının birinci hissəsində beynəlxalq və regional təhlükəsizliyin təmin edilməsi baxımından KTMT-nin fəaliyyəti ilə bağlı fikir mübadiləsi apardıqlarını bildirib. “Gündəmdə yer alan bütün məsələlərlə bağlı anlaşma əldə edildi. Qəbul edilən qərarlar arasında KTMT-nin normativ parntyor və müşahidəçi statusunun möhkəmlənməsini xüsusi vurğulamaq istəyirəm. Hazırki addım KTMT-nin şəffaflığını, digər dövlət və beynəxalq təşkilatlarla konstruktiv əlaqələrə hazır olmasını göstərir”, - dövlət başçısı bildirib. “KTMT adından maraqlı tərəfləri partnyor və müşahidəçi statusu almaqla bağlı bizim normativ bazanı diqqətlə öyrənməyə çağırıram”, - Nazarbayev deyib.