Nazarbayev Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının baş katibi postunda Ermənistan nümayəndəsini görmək istəmir.
Bu sözlər erməni jurnalist Akop Badalyanın “Lragir.am” saytında dərc edilən məqaləsində yer alıb. Onun sözlərinə görə, Nazarbayev bunu Azərbaycan Prezidenti İlham Əliyevlə münasibətinə görə edir:
“Rusiya və Qazaxıstan lideri telefonla Avrasiya İttifaqı və KTMT-nin dekabr sammitini müzakirə ediblər. Bu sammitin əsas məsələlərindən biri KTMT-yə yeni baş katibin təyinatı olacaq. 2015-ci ilin sonlarında bu məsələ iki dəfə təxirə salınıb. Bu vəzifəyə Ermənistan nümayəndəsinin təyin ediləcəyi deyilsə də, sonradan dayandırılmışdı. Qeyri-rəsmi olaraq bildirilir ki, KTMT-nin baş katibinin seçilməməsinin əsas səbəbi İrəvan sammitində Nursultan Nazarbayevin iştirak etməməsi olub. Bundan əlavə söylənilir ki, Nazarbayev məhz buna görə İrəvana gəlməyib. Nazarbayev KTMT-nin rəhbərliyində Ermənistan nümayəndəsini görmək istəmir, çünki bunun İlham Əliyevin xoşuna gəlməyəcəyini düşünür. Qazaxıstan, Belarus və ya Rusiyadan məhz hansı biri bizim KTMT rəhbərliyində Ermənistanın yer almağının əleyhdarıdır? O zaman ortaya daha bir sual çıxır ki, niyə Rusiya Ermənistanı başqa namizədi irəli sürməyə razı salmağa çalışmır?”(Axar.az )