Deputat: NAZİRLƏR küllü-külfətli YIĞIŞIB GEDİBLƏR

Deputat: Nazirlər küllü-külfətli yığışıb gediblər

YAP-çı deputat Elman Məmmədov parlamentdə hökumət üzvlərini tənqid edib.
oxu.az xəbər verir ki, buna səbəb parlamentin iclas zalında hökumət üzvlərinin iştirak etməməsi olub: "Hökumət üzvləri elə küllü-külfətli yığışıb gediblər. Cəmi iki nəfər hökumət üzvü iclasdadır. Biz kimə danışırıq?! Belə çıxır ki, özümüz danışıb, özümüz eşidirik? Bu, düzgün münasibət deyil”.
Spiker Oqtay Əsədov isə deputla razılaşmayıb: "Hökumət üzvləri iki gündür ki, burda idilər. İndi onlara aid məsələ müzakirə olunmadığına görə, icazə verdim, getdilər. Aidiyyəti qurumlar isə buradadırlar”.






Fikirlər