“Qarabağ məsələsində GÜZƏŞTƏ GETMƏYƏCƏYİK” – Vigen Sarkisyan
Ermənistanda 9 dekabrda keçiriləcək növbədənkənar parlament seçkilərinin nəticəsindən asılı olmayaraq, Respublikaçılıar Partiyasının hər zaman barışmaz mövqe sərgiləyəcəyi həyati əhəmiyyətli məsələlər var. Virtualal.org yerli KİV-ə istinadla bildirir ki, bunu Respublikaçılar Partiyasının sədr müavini, Ermənistanın sabiq müdafiə naziri Vigen Sarkisyan “Facebook” səhifəsində yazıb. “Biz konstruktiv müxalifət qismində hər zaman dialoqa açıq olacağıq. Amma elə məsələlər var ki, onlarla bağlı biz güzəştə getməyəcəyik. Bu, ilk növbədə Qarabağ probleminə aiddir. Bu məsələdə problem təkcə xalqların öz müqəddəratını təyin etməsi ilə məhdudlaşmır. Bu, bizim ölkəmiz üçün ən vacib təhlükəsizlik məsələsidir. Münaqişənin qismən həlli ola bilməz. Birtərəfli kompromis də ola bilməz. Müharibə ilə rüsvayçılıq arasında seçim etməli olsaq, biz heç vaxt rüsvayçılığı seçməyəcəyik, çünki əks təqdirdə hər ikisini almış olacağıq” – Sarkisyan vurğulayıb.