Ermənistanda HAKİM partiyanın prezidentliyə NAMİZƏDİ məlum oldu
Ermənistanda hakim Respublika Partiyasının prezidentliyə namizədinin adı açıqlanıb.
APA-nın "Aysor.am”a istinadən verdiyi məlumata görə, bu gün Ermənistan prezidenti Serj Sarkisyan bəyan edib ki, yeni namizəd Ermənistanın Böyük Britaniyadakı səfiri Armen Sarkisyan olacaq.
A. Sarkisyan 2013-cü ildən Ermənistanın Böyük Britaniyadakı səfiridir. O,1996-1997-ci illərdə Ermənistanın baş naziri olub. Hazırki prezidentin səlahiyyət müddəti bu il aprelin 9-da bitir. Yeni prezident parlament tərəfindən 7 il müddətinə seçiləcək.
Prezident seçkisinin martın 2-də keçirilməsi gözlənilir.