Sarkisyan “müharibə müşavirəsi” çağırdı
Ermənistan prezidenti Serj Sarkisyan Milli Təhlükəsizlik Şurasının iclasını çağırıb.
Musavat.com xəbər verir ki, Sarkisyan və şura üzvləri Dağlıq Qarabağdakı cəbhə xəttində baş verənləri müzakirə ediblər. Bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.
Xatırladaq ki, S. Sarkisyan sonuncu dəfə aprelin 2-də cəbhə xəttində yaranmış vəziyyətlə bağlı Təhlükəsizlik Şurasının iclasını çağırmışdı.