ƏRDOĞANdan Avropaya: "Demokratiya və insan hüquqlarından SİNİFDƏ QALMISINIZ" - VİDEO
“Ümid edirəm ki, Avropada “Zülm 1789-cu ildə başladı” sözlərini görməyəcəyik”. Yenicag.az türk mətbuatına istinadən xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Fransanın paytaxtı Paridə “Sarı jiletlilər”in etiraz aksiyası keçirməsinə münasibət bildirərkən deyib. O qeyd edib: “Avropada yaşananları görürsünüz. Elə deyil mi? Bunlar 15 İyulda bizə edilənlərin qarşısında susanlardır. Bizim polisimizə lağ edənlər, polisimizin zülm etdiyini deyənlərin öz polisləri baxın indi nələr edir. Paris ilə yanaşı bir çox Avropa ölkələrinin küçələri qarışıq vəziyyətdədir. Ümid edirəm ki, Avropada “Zülm 1789-cu ildə başladı” sözlərini görmərik. Avropa küçələrində baş verən hadisələri narahatlıqla izləyirik. Avropa demokratiya, insan hüquqları dərsindən sinifdə qalıb. Üzərinə çox titrədikləri təhlükəsizlik və rifah divarları öz vatandaşları tərəfindən sarsılmağa başlayıb”.