Bu gün Beynəlxalq İnsan Haqları günüdür!
İnsan haqqına ilk dəfə Fransada 1789-cu ildə qəbul edilmiş "İnsan və vətəndaş haqqları haqqında deklarasiya"da rast gəlinir.
Keçən əsrdə insan haqları sahəsində əsas sənəd 10 dekabr 1948-ci ildə BMT təşkilatı tərəfindən qəbul olunmuş "İnsan hüqüqları haqqında ümumi deklarasiya" olub. 1950-ci ildən başlayaraq isə 10 dekabr insan hüquqları günü kimi qeyd edilir.
Avropada insan hüquqlarının və azadlığın qorunması üçün Avropa Konvensiyası mövcuddur. Bu konvensiyanın beynəlxalq müqavilələrdən fərqi ondadır ki, Avropada bu konvensiyaya əsaslanan real işləmə mexanizminə malik insan haqlarını qoruyan Avropa Məhkəməsi fəaliyyət göstərir.
İnsan haqları nədir?
İnsan haqları insanların təbii və dərrakədən irəli gələn subyektiv hüquqlarını təsvir edir. İnsan haqlarının əsas konsepsiyası ondan ibarətdir ki, bütün insanlar insan olmalarına görə eyni hüquqa malik olmalıdırlar və bu hüquqlar izahata ehtiyac duyulmadan hamıya aid edilir.
İnsan haqları demək olar ki, dünyanın bütün ölkələri tərəfindən qəbul edilir. Bu məsələnin universallığından, çox vaxt bu və ya digər dövlətlərdə insan haqlarından sui-istifadə halları əsas götürülərək onlara qarşı hərbi və iqtisadi təzyiq göstərmək üçün istifadə edilir. Konstitusiyalarda əsas hüquqların və beynəlxalq razılaşmaların köməyi ilə insan haqları inkarolunmaz bir hüquq kimi qəbul edilib. Beynəlxalq aləmdə insan haqları BMT-nin deklarasiyası ilə qanuniləşdirilib.
İnsan haqqları çox hallarda bütün insanların eyni haqqa malik olması ideyasına uyğun olaraq aşağıdakı kimi ifadə olunur: "Hər bir insan onun malik olduğu irqdən, cinsiyyətdən, dildən, dindən, siyasi və digər baxışlardan, milli və sosial mənşədən, mülkiyyətdən, doğum və başqa hallardan asılı olmayaraq təmin olunmuş insan haqlarına və azad olmaq hüququna malikdir!".