29.04.2014. - “Davamlı insan inkişafı”na start verildi
Kurslarda «Media və dövlətçlik», «İnsan inkişafı konsepsiyası - inkişafın yeni paradiqması kimi», «Yoxsulluğun aradan qaldırılması istiqamətində dövlət siyasətinin KİV-də işıqlandırılması», «Davamlı insan inkişafında elm gbstəriciləri», «Təhsilin inkişafında KİV-in rolu», «Qloaballaşma və KİV», «Media və onun özünütənzimləmə mexanizmləri» və sair mövzularda müxtəlif sahələrlə bağlı tanınmış mütəxəssislərin məruzələri dinləniləcək. Qeyd edək ki, ölkənin aparıcı kütləvi informasiya vasitələrindən nümayəndələrin qatıldıqları kurslar aprel ayının 28-dən may ayının 2-dək keçiriləcək və sonda iştirakçılara müvafiq sertifikatlar təqdim olunacaq.