Daha iki namizəd TRAMPA RƏQİB oldu
ABŞ-da 2020-ci ildə keçirilən prezident seçkiləri üçün daha iki namizədin adı məlum olub. “Qafqazinfo” CNN Türk-ə istinadən xəbər verir ki, Barak Obamanın prezidentliyi dövründə Mənzil və Şəhsalma naziri olmuş Xulian Kastro və Nümayəndələr Palatasının üzvü Tulsi Qabbard seçkilərdə namizəd olacaqlarını elan ediblər. Meksika əsilli 44 yaşlı Kastro namizədliyi ingiliscə və ispanca etdiyi çıxışla açıqlayıb. Hindu əsilli xanım Qabbard isə namizədliyini gələn həftə keçirəcəyi mətbuat konfransında rəsmən elan edəcəyini bildirib. Qeyd edək ki, daha öncə Massaçusets ştatının senatı Elizabet Uorren də Trampa rəqib olacağını bildirib.