KUBADA KASTRO AİLƏSİNİN DÖVRÜ SONA ÇATDI

Kubada Kastro ailəsinin dövrü sona çatdı

Kuba parlamenti prezident Raul Kastronun yaxın adamı Migel Diaz-Kaneli ölkə rəhbəri elan edib.

AzerTaym.az BBC-yə istinadən xəbər verir ki, bu hadisə ilə ölkəni 1959-cu ildən bəri idarə edən Kastro ailəsinin hakimiyyətinə son qoyuldu.
Raul Kastro 2006-cı ildə qardaşı Fidel Kastronu əvəzləmişdi. Hakimiyyəti təhvil verməsinə baxmayaraq Raul Kastronun hökümətdə təsir gücünə sahib olacağı bildirilir.
Diaz-Kanel 2021-ci ilə, Kommunist Partiyasının növbəti konqresinə qədər rəhbər vəzifəsində qalacaq. 58 yaşlı Migel Diaz-Kanel 2013-cü ildə vitse-prezident vəzifəsinə təyin edilmişdi. 






Fikirlər