88 il SONRA...

ABŞ prezidenti Barak Obama 88 il sonra bu gün ilk amerikalı lider kimi Kubaya rəsmi səfər edir.

Publika.az xəbər verir ki, iki günlük səfərdə Obamanı həyat yoldaşı və qızları müşahidə edəcək.
Obama Kubanın paytaxtı Havanada prezident Raul Kastro ilə görüşəcək və beysbol oynayacaq.
Kubalı politoloq Bert Hoffman deyib ki, Obamanın səfəri Kuba xalqı üçün böyük hadisədir: “Xüsusilə yaşlı nəsil buna çox sevinir. Onlar, “bunu da gördük” deyə bildirirlər”.
Onun sözlərinə görə, ABŞ-la münasibətlərin düzəlməsi Kuba üçün hər şeydən öncə iqtisadi inkişaf deməkdir.
“Ümidlər böyükdür. Bu münasibətlər daha çox internet, daha çox dollar və daha çox turist deməkdir”, - deyə o qeyd edib.
Qeyd edək ki, sonuncu dəfə 1928-ci ildə ABŞ prezidenti Kalvin Koolidce hərbi gəmi ilə Kubaya səfər etmişdi.






Fikirlər