“Sonuncu” kommunist... - FOTOLAR

““Sonuncu” kommunist... - Fotolar

Xəbər verdiyimiz kimi Kubanın əfsanəvi lideri Fidel Kastro bu gün 90 yaşında dünyasını dəyişib.

Qafqazinfo” bu məqamda Kastronun həyatı haqqında maraqlı məqamları təqdim edir.

Fidel Kastronun həyatına nəzər salsaq, onun müəmmalarla dolu olduğunu görərik. Liderin dünyaya gəldiyi tarix belə bugünədək dəqiq bilinmir. Belə ki, onun 1926-cı ildə Kubanın Mayari şəhərində anadan olduğu deyilsə də, bəzi məlumatlar əslində 1927-ci ildə doğulduğunu yazır.

Məlumata görə, İspaniyadan gələn mühacir-fəhlənin oğlu olan Fidel və qardaşı Raul nikahdan kənar doğulublar, ataları onları daha sonra rəsmi övladlığa qəbul edib.

Əfsanəvi lider hesab edilən Fidel Kastronun siyasi fəaliyyətindən çox şəxsi həyatı ətrafında qalmaqallar gündəmdə olub. O, daima öz şəxsi həyatını qorumağa çalışsa da, bəzən media orqanları zaman-zaman onun haqqında maraqlı məlumatlar dərc ediblər.

Həmin məlumatlardan birində qeyd edilir ki, Fidel Kastro rəsmi olaraq Mirta Dias-Balart (1948-1955) ilə evlənib, 1949-cu ildə onların Fidelito adlı oğulları doğulub. Qərb mediası Fidel Kastronun 1980-ci ildən Dalia Soto Valle adlı qadınla evli olduğunu və onların beş uşağının olması barədə yazsa da, bu məlumat öz təsdiqini tapmayıb.

İnqilabçı lider haqqında maraqlı məlumatlardan biri isə ailəsini heç kəsin tanımamısıdır. Deyilənlərə görə, Kuba sakinləri yalnız Kastronun ilk evliliyindən olan oğlu Fidelitonun böyük oğlunu və Fidel Kastronun qardaşları - Raul və Ramonu üzdən tanıyırlar. Onun digər qohumlarının adları, şəkilləri, yaşadıqları yer isə heç vaxt Kuba mediasında görünməyib.

 

“Sonuncu” kommunist... - Fotolar
“Sonuncu” kommunist... - Fotolar
“Sonuncu” kommunist... - Fotolar
“Sonuncu” kommunist... - Fotolar

 






Fikirlər