Makrondan ermənilərin xeyrinə QƏRAR...

makrondan-ermenilerin-xeyrine-qerar

 Fransanın prezidenti Emmanuel Makron hər il aprelinin 24-ünün Fransada “erməni soyqrımı”nın yad edilməsi günü kimi qeyd olunacağı ilə bağlı qərar qəbul edib.

Fransanın Erməni Təşkilatlarının Koordinasiya Şurasının (CCAF) təşkil etdiyi ziyafətdə iştirak edən Makron bildirib ki, anım günləri bu ildən başlayaraq keçiriləcək.

1915-ci ildə türklər tərəfindən törədildiyi iddia edilən qondarma erməni soyqırımını 2001-ci ildə qanuni şəkildə tanıyan Fransanın bu addımı qardaş ölkə ilə yanaşı Azərbaycanın da narahatlığına səbəb olur. Fransanın Ermənistana və onun vətəndaşlarına qarşı bu tutumu birmənalı qarşılanmır.

 "AzerTaym.az" Publika.az-a istinadən xəbər verir ki, politoloq, sabiq diplomat Fikrət Sadıxovun sözlərinə görə, Makron ya ermənilərlə olan sıx bağlılığını gizlədə bilmir, ya da gizlətmək istəmir:

Fransa uzun illərdir ki, erməni diasporu ilə sıx bağlıdır. Fransada erməni dairələri sadəcə olaraq sıravi vətəndaşlardan ibarət deyil. Onlara arasında bir sıra zəngin təbəqələrin nümayəndələri də var: maliyyə dairələri, siyasi partiyaların nümayəndələri, parlamentdə təmsil olunan erməni mənşəli millət vəkilləri və s. Doğrudur, Fransanın bəzi dövlət başçıları bu münasibətləri diqqətdə saxlayaraq eyni zamanda, sağlam düşüncəli mövqe nümayiş etdirməyə çalışırdılar. Həm ermənilərin soyqırımı hadisəsini inkar etmir, həm də Türkiyə və Azərbaycanla münasibətlərini normal səviyyədə qurmağa çalışırdılar. Lakin Emmanuel Makron ya təcrübəsizliyi ucbatından, ya da ermənilərlə doğmalıq münasibətlərindən irəli gələrək belə addımlar atır. Bizim isə bu məsələyə münasibətimiz mənfi olmalıdır. Çünki 100 il bundan əvvəl baş verən hadisələri soyqırımı kimi qələmə vermək və bunu dünya mediasında yaymaq, siyasi don geyindirmək doğru deyil. Xüsusilə, Fransa kimi Avropanın aparıcı dövlətlərindən birinə və onun dövlət başçısına yaraşmır. Mən şübhə etmirəm ki, bu addıma Türkiyə özü layiqli cavabını verəcək. Təbii ki, biz də bunu nəzərə alıb müəyyən nəticə çıxarmalıyıq”.






Fikirlər