“Partiya rəhbəri həddini aşıb” - ƏRDOĞAN
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İYİ Partiyası başqanı Maral Akşənərin mitinqlərin birində səsləndirdiyi fikirlərə sərt reaksiya verib. Modern.az Türkiyə mediasına istinadən xəbər verir ki, dövlət başçısı partiya rəhbərinin artıq cığırından çıxdığını və həddini aşdığını bildirib: “Maral xanım istiqamətini bir neçə dəfə itirən biridir. O, Tayyib Ərdoğanın necə biri olduğunu olduqca yaxşı bilir. Bir dəfə “Rəhbərlikdən ayrılıram” dedi, sonra fikrindən daşındı”. Qeyd edək ki, Maral Akşənər mitinq iştirakçılarına müraciətlə “Prezidentin terrorçu dediyi dənizlilər, necəsiniz?” ifadəsi işlədib.