Türkiyədə SƏSVERMƏ YEKUNLAŞDI - SƏSLƏR SAYILMAĞA BAŞLANDI...

Türkiyədə prezident və parlament seçkilərinə bitib.  

 Modern.az-ın Türkiyə KİV-lərinə istinadən məlumatına görə, ölkədə keçirililən prezident seçkilərində Türkiyənin hazırkı prezidenti Rəcəb Tayyib Ərdoğan, Cümhuriyyət Xalq Partiyasından (CHP) namizədi Muharrem İnce, İYİ Partiyanın sədri Meral Akşener, Səadət Partiyasının sədri Temel Karamollaoğlu, Vətən Partiyasının sədri Doğu Perinçək və Xalqların Demokratik Partiyasından (HDP) Səlahəddin Dəmirtaş mübarizə aparıblar.

 Parlament seçkilərində isə mübarizə aparan siyasi partiyalar isə AKP, Milliyətçi Hərəkət Partiyası (MHP), Böyük Birlik Partiyası (BBP), CHP, İYİ Partiya, Səadət Partiyası, Demokratik Partiya, Xalqların Demokratik Partiyası, Müstəqil Türkiyə Partiyası, Müstəqil Mübarizə - HÜDA Partiyası,  Vətən Partiyasıdır. AKP və MHP parlament seçkilərinə birgə blokda – “Cümhur ittifaqın”da qatılacaq. BBP namizədləri isə “Cümhur ittifaqın”da AKP namizədləri qismində yer alıb. CHP, İyi Partiya, Səadət Partiyası və Demokratik Partiya isə parlament seçkilərinə “Millət ittifaqı”nda qatılıb.

 Türk siyasi tarixində ilk dəfə siyasi partiyaların ittifaq şəklində yarışacağı cüt seçkilərdə bu gün 56 milyon 342min 263 seçici, ölkə daxilində 180 min 896 seçki məntəqəsində səs verəcəklər. İlk dəfə səsvermə hüququ əldə edən 1 milyon 650 min 171 gənc də seçki məntəqələrinə gedəcək.  Türkiyə saatı ilə 8:00 da başlayan səsvermə , 17:00-da (Azərbaycan saatı ilə 18:00-da) yekunlaşıb.

 Artıq səslərin sayılmasına başlanılıb. Türkiyənin Mərkəzi Seçki Komitəsindən (YSK-Yüksek Seçim Kurulu) verilən məlumata görə, yayım qadağası Türkiyə saatı ilə 21:00-da(Azərbaycan saatı ilə 22:00) bitəcək, bundan sonra nəticələr elan olunacaq. 






Fikirlər