TÜRKİYƏDƏ SƏSVERMƏ HÜQUQUNUZ OLSAYDI, hansı namizədə səs verərdiniz? - SORĞU

Türkiyədə gələn ay – 24 iyun 2018-ci il tarixində keçiriləcək növbədənkənar prezident seçkiləri bölgədə diqqətləri özünə cəlb edib.

Türkiyə Yüksək Seçim Kurulu (YSK) prezidentlik uğrunda yarışacaq 6 namizəd qeydə alıb.
Qonşu ölkədə keçiriləcək növbədənkənar seçkilər Azərbaycanda da diqqətlə izlənilir.

Modern.az saytı bunu nəzərə alaraq, növbəti sorğunu Türkiyədəki seçkilərlə bağlı müəyyənləşdirib.
Beləliklə, oxucularımız bu dəfə “Türkiyədə səsvermə hüqüqunuz olsaydı, hansı namizədi dəstəkləyərdiniz” sualına cavab verməlidirlər.

Sorğumuza qatılmaq istəyən oxuculardan xahiş olunur ki, Modern.az-ın əsas səhifəsindəki sağdan aşağıdakı sorğu panelindəki cavablara baxıb, səs versinlər.
Cavablar bunlardır: 

Muharrem İnce – Cümhuriyyət Xalq Partiyasının (CHP) namizədi;
Meral Akşener - İYİ Partiyanın namizədi, partiyanın başqanı;
Rəcəb Tayyip Ərdoğan - Hakim Ədalət və İnkişaf Partiyası (AKP) ilə Milliyətçi Hərəkat Partiyasının (MHP) vahid namizədi, hazırki prezident;
Selahattin Demirtaş - Xalqların Demokratik Partiyasının ( HDP) namizədi;
Temel Karamollaoğlu – Səadət Partiyasının namizədi, partiya başqanı; 

Doğu Perinçek – Vətən Partiyasının namizədi, partiya başqanı.






Fikirlər