TÜRKİYƏDƏ seçkilərin iki FAVORİTİ var
İyunun 24-də Türkiyədə növbədənkənar prezident seçkiləri keçiriləcək. Ölkənin əsas siyasi partiyaları rəsmi olaraq prezidentliyə namizədlərini açıqlayıb. Hakim Ədalət və İnkişaf Partiyasından (AKP) hazırki dövlət başçısı Rəcəb Tayyib Ərdoğan, Cumhuyiyyət Xalq Partiyasından (CHP) Muharrem İnce prezidentliyə rəsmi olaraq namizəddir. "Oğuz" Müstəqil Araşdırmaçılar Qrupunun rəhbəri, politoloq Vüqar Zifəroğlu Modern.az saytına açıqlamasında deyib ki, hazırkı dönəmdə Türkiyədə namizədlərin sayının çox olmasına baxmayaraq, seçki marafonunda iki namizəd öndədir: V.Zifəroğlu qeyd edib ki, Türkiyənin hazırkı prezidentinin seçkilərdə qələbə şansı həddindən artıq böyükdür: “Düzdür, ikinci punktla da bağlı müəyyən ehtimallar irəli sürmək mümkündür. Amma bunun hamısı yaxın bir ay ərzində Türkiyənin daxilində baş verən proseslərdən asılı olacaq. İndiki prosesləri təhlil etsək, görərik ki, əslində elə birinci turdan Ərdoğanın qalib gəlmə şansı çox yüksəkdir. Qərbin buna reaksiyasına qaldıqda, bu, Türkiyənin daxilində gedən seçki prosesidir və nəticə türk xalqının iradəsini əks etdirəcək. Mənə elə gəlir ki, nəticənin necə olacağından və ya hansı namizədin qalib gəlməyindən asılı olmayaraq, Qərbin bu nəticəni qəbul etməkdən və bu nəticə ilə hesablaşmaqdan başqa çıxış yolu yoxdur. Çünki seçki hər hansı bir millətin öz müqəddəratını təyin etmək hüququdur. Yəni öz siyasi gələcəyi ilə bağlı proqrama səs verməkdir və türk milləti də bu hüquqdan istifadə edib namizədinə səs verəcək. Kim olmağından asılı olmayaraq Şərqin və ya Qərbin sadəcə olaraq qalib gəlmiş namizədi təbrik etməkdən başqa şansları yoxdur”. Politoloq Zərdüşt Əlizadə düşünür ki, Türkiyədə keçirilən seçkilərdə Rəcəp Tayyip Ərdoğan qalib gələcək: “Çünki Ərdoğan adətən hər şeyi ölçüb-biçir. Görünür, onun bütün məlumat mənbələri xəbər verib ki, erkən seçimlər keçirilsə, özü də, partiyası da qələbə qazanacaq. Həm də unutmayın ki, Ərdoğanın maddi , o cümlədən media imkanları hədsiz genişdir. Açığı, cəmiyyətdə də onun dəstəyi böyükdür və bu, artan sürətlə davam edir. Odur ki, Ərdoğanın qələbəsi gözləniləndir”.
“Bunlardan biri iqtidar tərəfin namizədi - AKP və MHP koalisiyasının dəstəklədiyi Rəcəp Tayyip Ərdoğandır. İkinci namizəd isə müxalifətdən çıxan yeni bir qüvvə - İyi Partiyanın namizədi Meral Akşenerdir. Bu mənada iki namizəd arasında çox ciddi bir siyasi rəqabətin yaşandığının şahidi oluruq. Bəs CHP-nin namizədi Muharrem İncənin şansı nə qədərdir? İndiki məqamda digər namizədlərlə müqayisədə yalnız bu iki namizədin son dərəcədə öndə olduğunu müşahidə edirik. Ümumiyyətlə, AKP – MHP koalisiyasının Türkiyədə kifayət qədər nüfuzu var. Bu, birinci faktordur. Digər tərəfdən İyi Partiya müxalif narazı qüvvələri - istər sol mərkəzdən, istərsə də sağ mərkəzdən öz ətrafına yığa bilib”.