Davudoğlu Gülənlə görüşünü təsdiqlədi: ƏRDOĞANLA BİRLİKDƏ...
Keçmiş baş nazir Əhməd Davudoğlu Türkiyə Böyük Millət Məclisinin 15 iyul dövlət çevrilişinə cəhdlə bağlı Araşdırma Komissiyasına göndərdiyi mətndə Fətullah Gülən ilə nə üçün görüşdüyünü açıqlayıb. Modern.az Türkiyə mediasına istinadən xəbər verir ki, Əhməd Davudoğlu Fətullah Gülən ilə keçirdiyi görüşün qərarını o vaxt baş nazir olan indiki prezident Rəcəb Tayyib Ərdoğan ilə birlikdə aldıqlarını deyib. Əhməd Davudoğlu Fətullah Gülən ilə görüşü ilə bağlı bunları açıqlayıb: "2013-cü ildə BMT Baş Assambleyasının iclasına səfərim ərəfəsində baş nazirimiz cənab Rəcəb Tayyib Ərdoğan ilə keçirdiyimiz qiymətləndirmədə, bu quruluşun getdikcə artan bir şəkildə Türkiyə əleyhinə dairələrlə istifadə edilməyə uyğun hala gəlməsinə görə, Gülənin daha əvvəl edilən çağırışlar çərçivəsində Türkiyəyə gətirilərək nəzarət altına alınmasının zəruri olduğu qənaətinə gəldik".