28.06.2014.- Böyük bir böhranın astanasındayıq-Davudoğlu

28.06.2014.- Böyük bir böhranın astanasındayıq-DavudoğluTürkiyənin xarici işlər naziri Əhməd Davudoğlu regionda gedən prossesləri şərh edərkən Türkiyənin düşdüyü vəziyyətdən danışıb.

"AzerTaym.az" türk mətbuatına istinadən xəbər verir ki, Türkiyənin ətrafının konfliktlərlə sarıldığını bildirən Əhməd Davudoğlu bütövlükdə regionu böyük fəlakətlərin gözlədiyini vurğulayıb.

Suriyadakı böhranın ən çox Türkiyəni vurduğunu deyən Davudoğlu qaçqınların sayının hər gün artdığını və beynəlxalq təşkilatlarının yardımlarının kifayət etmədiyini bildirib.

Əhməd Davudoğlu İraqda gedən prosseslərin də regionun başı üzərini almış təhlükələrdən biri olduğunu söyləyərək, bu konfliktdən də Türkiyənin ağır zərərlərlə çıxacağını qeyd edib.

"Əgər qarşısı zamanında alınmasa Ukrayna, Suriya və İraqda getdikcə qızışan müharibə dünyanıı böyük fəlakətlərə sürükləyəcək. Regionun mərkəzində yerləşən bir ölkə kimi bu kataklizmlərdən ən çox zərər görən dövlətlərdən biri də Türkiyə olacaq", deyə Davudoğlu bütün dünyaya xəbərdarlıq edib
.


Hazırladı: Hikmət Qədirli






Fikirlər