27.05.2014. - Davudoğlu Qarabağdan danışdı
"AzerTaym.az"-ın ANS-ə istinadla verdiyi məlumata görə,ikitərəfli görüş zamanı regional və beynəlxalq problemlər müzakirə olunub. Lavrov ikitərəfli görüşdə Suriya, Yaxın Şərq , Şimali Afrika, Cənubi Qafqaz, Orta Asiya və Qara dəniz hövzəsində əməkdaşlıq ilə əlaqədar məsələləri dəyərləndirib. Nazir iki ölkə arasında başlanan Ukrayna dialoqunu isə davam etdirəcəklərini söyləyib.
Davudoğlu isə öz növbəsində iki ölkə arasında əlaqələrin son dövrdə genişləndiyini vurğulayıb. Xarici işlər naziri iki ölkə münasibətlərinin siyasi, mədəni və ictimai sahədə irəlilədiyini qeyd edib. Beynəlxalq sistemin sürətlə dəyişdiyini deyən nazir Yaxın Şərq, Qafqaz və Qara dənizdəki vəziyyəti müşahidə etdiklərini söyləyib. Davudoğlu Ukraynanın Rusiya ilə qonşu olduğunu və məsələlərin yenidən dəyərləndirəcəklərini qeyd edib.
Türkiyə xarici işlər naziri Dağlıq Qarabağ məsələsinə də toxunub. Davudoğlu bildirib ki, Ukraynada baş verən hadisələr Dağlıq Qarabağ münaqişəsinin tez bir zamanda həllinin vacibliyini göstərir.
Nazir qeyd edib ki, Rusiyanın Dağlıq Qarabağ münaqişəsinin həll olunmasına kömək edəcəyinə ümid edirik.