Ermənilər 3 gün sonra Qarabağla bağlı şok addım atacaq - Mixaylov SENSASİON PLANI AÇDI

img

Ermənistan 9 may faşizm üzərində qələbə günü münasibətilə keçiriləcək aksiyada Dağlıq Qarabağla bağlı şüarlar səsləndirməyə hazırlaşır.

Postsovet məkanında bütün respublikalar bu tarixdə II Dünya müharibəsində faşizmə qarşı mübarizədə həlak olanları yad edir və həmrəylik olaraq “Ölməz alay” yürüşünü keçirir.

Lakin ilk dəfə Ermənistan 9 may tarixini düşmənçilik simvoluna çevirməyə hazırlaşır. Belə ki, “Ermənistanın Ölməz alayı” ictimai təşkilatının rəhbəri Qoar Qumaşyan bu il İrəvanda keçiriləcək yürüşün dünyanın digər ölkələrindəki analoji yürüşdən fərqlənəcəyini açıqlayıb. 

“9 mayda insanlar I Qarabağ müharibəsi və “aprel müharibəsi”nin “qəhrəmanlarının” şəkilləri ilə yürüşə çıxacaqlar. Ermənistanın faşizm üzərində qələbə günündə keçirəcəyi yürüş digər ölkələrdən bununla fərqlənəcək”, - deyə o bildirib.

Yürüş təkcə İrəvanda yox, Gümrüdə, Vanadzorda, Kapanda, İcevanda və Azərbaycanın işğal altındakı Xankəndi şəhərində də keçiriləcək.

Rusiyalı konfliktoloq Yevgeni Mixaylov Ermənistanın addımının yanlış olduğunu, “Ölməz alay” yürüşünün mahiyyətinin dəyişdirilməsinin doğru olmadığını vurğulayıb.

“Bu yürüş faşizmə qarşı döyüşmüş insanların yad edildiyi mərasimdir, Qarabağda döyüşənlərin bura daxil edilməsi hörmətsizlikdir. Ermənistanın belə bir addıma hazırlaşması “Ölməz alay” ideyasına kölgə salmaqdır”, - deyə o bildirib.

Картинки по запросу qarabağda erməni

Yevgeni Mixaylov qeyd edib ki, Dağlıq Qarabağ müharibəsi əslində Azərbaycan torpaqlarının işğal edilməsi tarixidir: “Erməni qoşunları SSRİ-nin dağılması ərəfəsində Azərbaycan torpaqlarını işğal etdi. O vaxt Qarabağa dünyanın müxtəlif yerlərində yaxşı təlim keçmiş erməni və digər millətlərdən olan terrorçular toplanmışdı. Hədəf də Azərbaycan ərazisini işğal etmək idi. Bunun “Ölməz alay” ideyası ilə eyniləşdirmək məntiqsizlikdir”.

Konfiliktoloq Ermənistanın bu addımla Azərbaycan torpaqlarının işğalını legitimləşdirmək istəyini istisna etmir.

“Ermənistan rəhbərliyinin indiki addımlarını bəzən anlamaq mümkün olmur. Hesab edirəm ki, İrəvan belə addımlarla Rusiyaya “müstəqiləm” mesajı vermək istəyir, eyni zamanda, burada MDB ölkələrinə qarşı hansısa çağırış var: “Biz belə istəyirik və belə də edəcəyik”. Bu, həm də böyük müharibə haqqında ümumi yaddaşı yumaq cəhdidir. Ermənistan bununla böyük bayramı siyasiləşdirir və bundan siyasi kapital qazanmaq istəyir. Halbuki, “Ölməz alay” nizamnaməsində bu yürüşün siyasətdən kənar olduğu yazılıb. Hesab edirəm ki, Ermənistanın bu addımı təkcə Rusiyada yox, digər MDB ölkələrində də qəzəb doğuracaq, çünki bu faktiki olaraq, dünya müharibəsində həlak olanların xatirəsinə hörmətsizlikdir”, - deyə ekspert bildirib. 

Y.Mixaylovun Rusiyanı Ermənistanın bu davranışına qarşı diplomatik addımlar atmağının vacibliyini qeyd edib.

 




 






Fikirlər